Olimpiya çempionumuz Azərbaycan güləş xalçasında da hamıdan güclü oldu

Bakı İdman Sarayında güləş üzrə Azərbaycan çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, 2-ci yarış günündə 86, 97, 125 kq çəki dərəcələrində sərbəst, 59, 66 və 71 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 142 güləşçi mübarizə aparıb.

Sərbəst güləş yarışlarında Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bütün rəqiblərindən üstün olaraq Azərbaycan çempionu adına layiq görülüb. Yunan-Roma güləşi yarışlarında isə, Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq) və Həsən Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb və çempionatın qızıl medalına sahib olub.

Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur. Həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və tam dəst idman geyimi ilə təmin olunur.

Həmin kateqoriyadan