Olimpiya çempionumuz Ramazan Qədirovun kuboku uğrunda mübarizə aparacaq

10-11 oktyabrda Qroznıda Çeçenistan Respublikasının prezidenti Ramazan Qədirovun kuboku və əməkdar idman ustası Adlan Varayevin mükafatı uğrunda sərbəst güləş üzrə 7-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, məşqçilər Arif Abdullayev və Siracuddin Eldarovun rəhbərliyi ilə yarışda ölkəmizi 10 idmançı təmsil edəcək.

Heyətdə Pərviz İbrahimov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Hacımurad Ömərov, Gitinaməhəmməd Hacıyev (hər ikisi – 70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Aleksandr Qostiyev, Hacı Əlicanov (86 kq), Şərif Şərifov və Aslanbəy Alborov (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.

Həmin kateqoriyadan