- Baxış sayı: 222
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayevanın “Nebesnaya qratsiya” bədii gimnastika akademiyası III MDB oyunlarında iştirak edəcək.
Allsport.az xəbər verir ki, bədii gimnastikaya həsr olunmuş dünyanın yeganə çoxformatlı məkanının rusiyalı gimnastları Şəki şəhərindəki olimpiya idman kompleksinin arenasında öz bacarıqlarını nümayiş etdirəcəklər.
III MDB oyunları 28 sentyabr – 8 oktyabrda Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.