Olimpiya günü keçirildi

Bakının Nərimanov rayonunda yerləşən “Antena” parkında BOK-un təsis edilməsinin 131-ci ildönümünə həsr olunmuş ənənəvi olimpiya günü keçirildi.

Allsport.az xəbər verir ki, tədbirdə MOK vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, baş katib Azər Əliyev, olimpiya çempionları və idman ictimaiyyəti iştirak etdilər.

Festivalın medalçı gəncləri səhnədə təqdim olundu, məktəblilər isə estafet və kəndirdartma yarışlarında güclərini sınadılar. Qaliblər medal, kubok və diplomlarla təltif edildi.

Tədbir olimpiya himni ilə başa çatdı.

Həmin kateqoriyadan