“Olimpiya sistemi daha çox xoşuma gəlir”

III MDB oyunlarında Gəncə olimpiya idman kompleksində yunan-Roma güləşində İslam Soltanov (71 kq) fəxri kürsünün zirvəsinə qalxdı. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra sevincini bölüşdü:

“Yarış yaxşı keçdi, nəticə də əla oldu, Allah qoysa, bu uğurun davamı gələr. Bu gün azarkeşlər möhtəşəmdilər. Onlara təşəkkürümü bildirirəm. Çəkimdə mübarizə mərhələli idi, açığı olimpiya sistemi daha çox xoşuma gəlir”.

Kamran HACI, Gəncə

Həmin kateqoriyadan