Olimpiya və dünya çempionlarımızın Almaniya qran-pisi sınağı

Xəbər verdiyimiz kimi, 2-3 iyulda Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə mükafat yarışı keçiriləcək. Allsport.az saytının məlumatına görə, hər 2 komandamız mübarizə aparacaq.

Baş məşqçi Saypulla Absədov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi ilə heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Gitinaməhəmməd Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi – 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıblar.

Yunan-Roma güləşçilərin rəqabətində yalnız Rafiq Hüseynovun (75 kq) iştirakə təsdiqlənib. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.

Həmin kateqoriyadan