Ölkə başçısı Yevlax olimpiya idman kompleksinin açılışında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov, İlham Əliyevə yaradılan şərait barədə məlumat verib. Allsport.az saytı xəbər verir ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır.

Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi MDB ölkələrinin 3-cü oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax olimpiya idman kompleksində təşkil olunacaq.

Həmin kateqoriyadan