- Baxış sayı: 88
- 02 Mart 2026 14:02
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

İsmayıllı rayonunda şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son yarış günü qrup ötüşməsi üzrə daha 3 kateqoriyada qaliblər müəyyənləşib.
İsveçrədəki dünya velosiped mərkəzinin komandasının tərkibində çıxış edən ROVM-in yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlarda 80 km məsafəyə ötüşmədə hamını qabaqlayıb. Eyni məsafəyə yarışan gənc oğlanlarda ROVM-dən Nikita Sıtov finiş xəttini 1-ci keçib.
Kişilərin U23 və elit yaş kateqoriyasında isə “Sərhədçi”nin velosipedçisi Musa Mikayılzadə 140 km-lik marşrutu hamıdan tez qət edib.
Mükafatlandırmada İsmayıllı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin GİN-in nümayəndələri iştirak ediblər. Qalib və mükafatçılar medal və diplomla təltif ediliblər.
