- Baxış sayı: 111
- 17 Yanvar 2025 15:15
- Baxış sayı: 96
- Yanvar 19, 2025
- 0
Xəbər verdiyimiz kimi, Azərbaycan güləş federasiyası paytaxtda və bölgələrdə güləş üzrə internat məktəblərin yaradılmasına başlayıb. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada uşaqlar, yeniyetmələr və gənclər üçün hər cür şərait yaradılıb. Yeni rəhbərlik Xankəndidə bir neçə qurğuya baxış keçirib. Hazırda təmir işləri gedir. Bu il Qarabağın mərkəzi şəhərində yeni internat məktəbinin istifadəsi nəzərdə tutulub.
Bundan savayı, AGF, yeni məşq binalarının tikilməsi və köhnələrin təmir olunması istiqamətində də fəal iş aparır. Ötən il 10 güləş məkanı təmir olunub, maddi dəstək verilib və zəruri avadanlıqla təhciz edilib. Bunlar paytaxtda 4-cü mikrorayonda yerləşən güləş məktəbi, “Neftçi” idman klubunun Lökbatan qəsəbəsində yunan-Roma güləş zalı, Biləcəri qəsəbəsində “Lokomotiv” idman cəmiyyətinin güləş bölməsi, Salyan rayonunun Şorsulu kəndində xalq pəhləvanı Yaşar Cavadovun adını daşıyan idman klubunu, Heydər Əliyev adına hərbi institutun güləş zalı, Astara olimpiya idman kompleksi, Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində yerləşən güləş zalıdır.
Maddi texniki bazanın və infrastrukturun yaxşılaşdırılması istiqamətində silsilə tədbirin davamı kimi Masallı uşaq-gənclər idman və şahmat məktəbində güləş zalı açılıb, Biləcəri qəsəbəsində “Azsport” klubu federasiyanın maddi dəstəyi ilə fəaliyyətini bir qədər də genişləndirib.
Rəhbərliyin açıqlamasına görə, maliyyə imkanları genişdir və bölgələrdə kütləviliyi artırmaq və bu idman növünü daha məşhurlaşdırmaq üçün, bir neçə ölkə birinciliyini əyalətə salıb. Beləliklə, 20 yaşlıların Azərbaycan çempionatı 11-14 fevralda Abşeron olimpiya idman kompleksində, U-15 respublika birinciliyi 3-6 martda Gəncə idman sarayında və U-17 ölkə çemoionatı 15-18 apreldə Astara olimpiya idman kompleksində keçiriləcək.