Olqa İsmayılova da etimadı doğrultmadı

Bu gün Rio-2016-da qadın qoşaçarxçımız Olqa İsmayılova keyrin növü üzrə ilkin mərhələdə çıxış edib. Allsport.az saytı xəbər verir ki, 27 velosipedçinin mübarizə apardığı 1-ci mərhələdə o, 4-cü qrupda 7 həmkarı arasında 4-cü olub. Təmsilçimiz 11,696 saniyə nəticə göstərib.

Finala birbaşa ilk 2 yeri tutanlar vəsiqə qazanıblar. Təsəlliverici yürüşdə Olqa İsmayılova 11,442 saniyə nəticə ilə 4 nəfər arasında sonuncu olub və növbəti raunda yüksələ bilməyib. O, keyrində çıxışını başa vursa da, sprint yarışında da sürətini yoxlayacaq.

 

Həmin kateqoriyadan