- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rio-2016-da velosiped idmanı üzrə yarışda Olqa İsmayılova sprinter növündə mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, qoşaçarxçımız ötən gün keyrində uğursuz çıxış edib. Bu cəhdi də uğurlu alınmayıb. Təsnifat mərhələsində 27 idmançının mübarizəsində 11.152 saniyə nəticə ilə növbəti mərhələyə yüksəlib.
O, ümumi sıralamada 18-ci olub. Olqa İsmayılovanın bu raundda rəqibi Rebekka Ceyms (Böyük Britaniya) olub. Velosipedçimiz ikili mücadiləni 11.377 saniyə ilə başa vuraraq, rəqibindən 0.165 saniyə geri qalıb.
O, gücünü təsəlli yürüşdə sınayıb. Təmsilçimiz niderlandlı Lurin Van Rissen və avstraliyalı Anna Meareslə rəqabətdə 2-ci olub və Rio-2016 ilə vidalaşıb. Hər biri 3 nəfərdən təşkil olunan 3 qrupdan ibarət təsəlli yürüşlərində hər qrupun qalibi 1/8 finala yüksəlib.