- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 112
- Mart 19, 2026
- 0

Albaniyanın Dürres şəhərində gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə 20 yaşlılarda “Zirvə” idman klubunun 2 təmsilçisi 67 kq-da mübarizə aparıblar.
Ömər Cavadov toplam 305 kq-ın (140+165) öhdəsindən gələrək, gümüş medal qazanıb. Murad Əliyev (67 kq) toplam 289 kq (133+156) nəticə ilə 6-cı yer tutub.