“Onlar dərmanın onun bədəninə necə daxil olduğunu izah etməlidirlər”

Allsport.az xəbər verir ki, voleybol üzrə 2 qat dünya çempionu, 2 qat olimpiya oyunlarının gümüş mükafatçısı Yekaterina Qamova fiqurlu konkisürən Kamilə Vəliyevanın dopinq-testinin uğursuz keçməsinə görə onun məşqçilər korpusunun məsuliyyət daşıması barədə fikir bildirib:

“Öz adımdan deyəcəyəm: onun üçün belə faciəvi vəziyyətə düşmüş bu kiçik qıza inanılmaz dərəcədə təəssüflənirəm. Onun bu problemi yaşaması və keçdiyi yolu heç kimə arzulamadığım bir şeydir. Bunun niyə baş verməsi Kamilənin məşqçi heyəti üçün sualdır, onlar dərmanın onun bədəninə necə daxil olduğunu izah etməlidirlər. Biz ancaq təxmin edə bilərik. Mən indi Kamiləyə dəstək olmaq istəyirəm”.

Həmin kateqoriyadan