“Onların övladları burada məşq edib sağlam həyat tərzi sürə bilərlər”

Bütün zəruri idman avadanlıqları ilə təmin edilmiş, 2 güləş xalçasının yer aldığı, yüksək səviyyəli tərtibatla hazırlanmış, standartlara tam cavab verən güləş zalı Zabrat qəsəbəsində yerləşir və dünya 3-cüsü, Avropa 2-cisi Taleh Məmmədovun nəzarəti altında fəaliyyət göstərəcək. Allsport.az saytı xəbər verir ki, bu gün idman qurğusunun açılışı baş tutdu. Tədbirdə iştirak edən AGF-in icraiyyə komitəsinin üzvü, olimpiya çempionu Fərid Mansurov açıqalama verdi:

“Bu ərazidə yaşayan valideynlər üçün xoş gündür. Onların övladları burada məşq edib sağlam həyat tərzi sürə bilərlər. Taleh Məmmədov çox təcrübəli güləşçi olub. Uşaqlar ondan yaxşı şeylər öyrənmək imkanı qazanacaqlar. Belə zallar Azərbaycan gənclərinə müsbət təsir göstərir. Bu zalda olimpiya, dünya və Avropa çempionlarının yetişməsini arzulamayaq, sağlam həyat da vacib amillərdəndir. İlk növbədə, bu məsələdən, kütləvilikdən başlamalıyıq”.

Həmin kateqoriyadan