- Baxış sayı: 274
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarında Gəncə olimpiya idman kompleksində sərbəst güləşdə 80 kq-da Əli Hacıyev 2-ci yer tutdu. Medal törənindən sonra o, uğur hekayəsini allsport.az saytı ilə paylaşdı:
“Yarış çox yaxşı keçdi. Allaha çox şükür, zəhmətim yerdə qalmadı. Onu “qızıl”a çevirə bilərdim, amma kiçik səhvlər ucbatından bunu əldən verdim.
Məşqçilərin tapşırıqlarını tam əməl edə bilmədim. İnşallah, gələcək yarışlarda fürsəti ən yüksək səviyyədə dəyərləndirəcəyəm”.
Kamran HACI, Gəncə