- Baxış sayı: 200
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

Kişi voleybolçulardan ibarət “Ordu” klubu yerli məşqçi Cavid Süleymanovla yola davam edir. Allsport.az saytı xəbər verir ki, tamamən gənclərdən ibarət komanda ilə ötən mövsüm superliqada çox faydalı işlər görən gənc mütəxəssis, bir neçə yerli və əcnəbi klubların təklifinə rəğmən, bu mövsüm də “hərbçilər”in sükanında qalmağı məqsədəuyğun sayıb.
Uzun illər millinin şərəfini qoruyan Cavid Süleymanov elitada “Xarı Bülbül Laçın”ın və MOİK-in baş məşqçi olub, “Xarı Bülbül Şuşa” ilə son mövsüm U-18 Azərbaycan çempionluğunu və “Sky Cup” turnirinin qızıl medallarını qazanıb.
“Zikonun uşaqları” voleybol məktəbinin əsas simalarından biri kimi 36 yaşlı çalışdırıcının artıq bir neçə yetirməsi milli komandaların və superliqa klublarının heyətlərinə düşüblər.