- Baxış sayı: 39
- 06 Mart 2026 19:13
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Partizan” basketbol klubu təxribatçı bannerə görə Avroliqa tərəfindən cərimələnib.
Allsport.az xəbər verir ki, ötən cümə günü “Partizan” azarkeşləri Belqrad arenasında “Fənərbağça” ilə oyunda üzərində Osmanlı sultanı I Muradın Kosovo döyüşündə serb qəhrəmanı Miloş Obiliçin əlində öldürülməsini əks etdirən nəhəng lövhə nümayiş etdiriblər. 1389-cu ildə baş verən döyüşdə türklər qalib gəlmiş, yeni sultan İldırım Bəyazid taxta çıxmışdır.
Avroliqa hadisəni nəzərdən keçirərək Belqrad klubunu 40 000 avro cərimələyib.