- Baxış sayı: 16
- 04 Dekabr 2024 22:51
- Baxış sayı: 49
- Dekabr 04, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Samir Abbasov “Qarabağ”la oyundan sonra mətbuat konfransında iştirak edib. Allsport.az saytı xəbər verir ki, o, öz meydanlarında 0:3 yenildikləri görüş haqda bunu deyib:
“Oyunçuların potensialından danışmaq istəmirəm, çünki hələ işimizin başlanğıcındayıq. Hədəflərimiz yüksəkdir və onlara doğru getməyə çalışırıq. Bilirik ki, çətin olacaq, görəcəyimiz iş çoxdur.
Futbolçularda irəliləyiş görünür, məşqlərdə can qoyurlar, əhval-ruhiyyə yaxşıya doğru gedir. Məğlubiyyət üzücüdür. Ümidimiz böyük idi və azarkeşlərimizin sayəsində stadionda atmosfer çox yaxşı idi. Çox istəkli idik, ancaq son nöqtəni qoya bilmədik.
Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu məni narahat edir. Belə qol buraxmalı deyildik. İlk qoldan heç danışmaq istəmirəm. İkinci hissədə komanda şəklində belə reaksiya verməli deyildik.
Əfsuslar olsun ki, qırılma nöqtəsi o idi. Avrokuboklara getmək üçün kubokda da imkanımız var, amma bu o demək deyil ki, çempionatı elə-belə keçirəcəyik. Burada da sona qədər döyüşəcəyik”.