- Baxış sayı: 54
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Kolorado”nun hücumçusu Valeri Niçuşkin,”Ottava” ilə NHL matçında (6:4) üç məhsuldar ötürmə edib.
Allsport.az xəbər verir ki, o, görüşü 5 (4+1) xalla başa vuran rusiyalı Natan Makkinnona 3 assist etməyi bacarıb.
“Senator”lara qarşı oyunda Niçuşkin buz üzərində 29 dəqiqə 5 saniyə keçirərək oyun vaxtı üzrə şəxsi rekorda imza atıb. Bu mövsüm o, 31 müntəzəm mövsüm oyununda 32 (15+17) xal toplayıb.