- Baxış sayı: 310
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

III MDB oyunlarında Gəncə olimpiya kompleksində sərbəst güləşdə Hüseyn İsmayılov (65 kq) gümüş medal qazandı. Allsport.az saytı xəbər verir ki, mükafatlandırmadan sonra Gəncə güləş məktəbinin yetirməsi çıxışını belə dəyərləndirdi:
“Yarışın Azərbaycanda, doğma Gəncədə keçirilməsi, üstəlik, son dünya birinciliyinin qalibi olduğumdan, məsuliyyət üçqat artırmışdı. Təəssüf ki, finalda yenildim. Bu idmandır, döşəkdə hər şey ola bilər. Amma belə olmamalıydı. Allah qoysa, növbəti mötəbər yarışlarda bu “gümüş” yenidən “qızıl”a çevirərəm.
Görüşü səhv qurmuşdum. Yanlış başladım. Öz üslubumla güləşmədim. Beynimdı nələrsə qurmuşdum, alınmadı”.
Kamran HACI, Gəncə