Özbəkistan səfəri

Milli paralimpiya komitəsinin (ARMPK) nümayəndə heyəti Özbəkistan paralimpiya komitəsinin qonağı olub.

Allsport.az xəbər verir ki, səfər çərçivəsində ARMPK-nın baş katibi Toğrul Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan paralimpiya komitəsi sədrinin müavini Hikmət Toşmatov və sədrin müşaviri Mərdanbəy Dövrənov ilə görüşüb. 

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.

Səfərin ilk günündə ARMPK-nın nümayəndə heyəti Daşkənddə yeni inşa edilmiş olimpiya və paralimpiya şəhərciyi ilə tanış olublar.

Həmin kateqoriyadan