- Baxış sayı: 31
- 17 Aprel 2025 13:50
- Baxış sayı: 95
- Aprel 14, 2025
- 0
Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatında sərbəst üsulda Əli Rəhimzadə (65 kq) bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 4-cü dəfə bu uğura yetişən idmançımız çıxışını belə dəyərləndirib:
“Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Azərbaycan çempionatından əvvəl də təlim-məşq toplanışı keçmişdik. Artıq 4-cü dəfədir ki, Avropa çempionatında 3-cü yerə çıxıram. Dördündə də yarımfinalda uduzmuşam. Bu tilsimi qıra bilmirəm. İnşallah, dünya çempionu olaram. Üzərimdə əziyyət çəkən məşqçilərimi, federasiyamızı və xalqımızı sevindirərəm.
Özümə çox inanırdım. Görünür məğlub olduğum rəqib qələbəni məndən çox istəyirdi və qalib gəldi. Bu yarışda özümə əsas rəqib gördüyüm güləşçilər digər səbətdə yer almışdılar. İnşallah, növbəti yarışlarda bu səhvləri etmərəm. Sırf məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam”.