- Baxış sayı: 93
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, güləş üzrə milli komandalarımız dünya çempionatına hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışlarına start verib.
Yığmalardan 2-si olimpiya güləş mərkəzində məşqləri davam etdirir. Yunan-Roma güləşi üzrə millimiz mayın 9-dan fiziki hazırlıq üzrə təlim-məşq toplanışına başlayıb.
Fiziki güc və dözümlülüyün artırılması yönündə keçirilən məşqlər ayın 23-dək davam edəcək. Qadınlarımız baş məşqçi Semyon Çterevin rəhbərliyi altında mayın 15-də paytaxtda təlim-məşq toplanışına start verib.
Hazırlıq prosesi mayın 30-da yekunlaşacaq. Sərbəst güləşçilərimiz isə mayın 14-də Rusiyaya yollanıb. Vladiqafqazda baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı ayın 28-dək davam edəcək.
Komandalarımızı qarşıda Qırğızıstan (1-4 iyun) və Macarıstanda (13-16 iyul) keçiriləcək reytinq turnirləri gözləyir. Paris Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı isə sentyabrın 16-dan 24-dək Serbiyada təşkil ediləcək.