Pəhləvanlarımız “Çempionlar”da

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında “Çempionlar” turniri start götürəcək.

Allsport.az xəbər verir ki, ənənəvi yarışda ölkəmizi 2 komanda təmsil edəcək.

Sərbəst güləş üzrə millimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən HacıyevƏşrəf Əliyevin rəhbərliyi altında aşağıdakı heyətlə çıxış edəcək:

57 kq Ruslan Abdullayev
61 kq Ceyhun Allahverdiyev
65 kq Ramik Heybətov
70 kq Cavidan Əhmədov
74 kq Əkbər Vəliyev
79 kq Sadiq Mustafazadə
92 kq Rəvan Musayev
97 kq Zəfər Əliyev

Qadın güləşçilərin yarışında məşqçi Rövşən Umudovun rəhbərliyi altında aşağıdakı güləşçilər mübarizə aparacaq:

50 kq Elvina Kərimzadə
53 kq Gültəkin Şirinova, Əsmər Cankurtaran
55 kq Ruzanna Məmmədova
57 kq Nərgiz Səmədova
72 kq Mərziyə Sadıqova

Mayın 2-dək davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev ədaləti qoruyacaq

Həmin kateqoriyadan