- Baxış sayı: 43
- 19 Yanvar 2026 21:58
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

Yunan-Roma və sərbəst güləş üzrə yığma üzvləri idman akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş idman tibbi tədqiqatları laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.
Allsport.az xəbər verir ki, xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil edilib. İdman üçün vacib olan detallar ölçülüb, cihazlardan keçirdilib və hər bir idmançının orqanizminin mövcud durumu ilə bağlı məşqçilər korpusuna praktiki məlumat verilib.
Bütün bunlarla yanaşı, idmançılar psixoloji testlərdən keçiblər. Psixoloji test idmançının zəif nöqtələrini qiymətləndirir.
Bu laborotoriyada testlərin keçirilməsi hər bir milli üzvünün orqanizmini optimal təhlil etmək, diaqnoz qoymaq və təlim-məşq toplanışlarında qeydə alınmış çatışmazlıqları aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmağa imkan verir.