Parapauerliftinqçilərimiz Avropa açıq çempionatında

Parapauerliftinqçilərimiz 6-12 martda Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa açıq çempionatında çıxış edəcək.

Allsport.az xəbər verir ki, yarışda kişi paralimpiyaçılarımızdan Elcan Səmədzadə (49 kq), Pərvin Məmmədov (49 kq), Ceyhun Mahmudov (59 kq), Rəsul Zəkiyev (97 kq) və İlhamiz Kərimov (+107 kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) mübarizə aparacaq.

Milli komandamızı yarışa məşqçi Taleh Məhərrəmov çıxaracaq.

Həmin kateqoriyadan