Parataekvondoçular təlim-məşq toplanışına başlayıb

Kişi parataekvondoçulardan ibarət milli komanda sentyabrın 18-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Allsport.az xəbər verir ki, toplanışda milli üzvləri – Sabir Zeynalov (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), Amin Əliyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq) və Orxan Cəfərov (80 kq) iştirak edirlər.

Azərbaycan taekvondo federasiyasının məşq zalında keçirilən hazırlıq prosesinə baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov rəhbərlik edirlər.

Həmin kateqoriyadan