- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Fransada olimpiya oyunlarının başlaması böyük qalmaqalsız ötüşməyib. Allsport.az saytı xəbər verir ki, yerli polis rəqibi Yeni Zelandiyanın məşqini pilotsuz aparatla izləmək üçün Kanada qadın komandasının nümayəndəsini saxlayıb. Bu ölkələr arasında qarşılaşmanın iyulun 25-də Sent-Etyen şəhərində keçirilməsi nəzərdə tutulub.
Kanada olimpiya komitəsinin məlumatına görə, Yeni Zelandiyanın Fransa hakimiyyət orqanlarına şikayətindən sonra həbs edilən şəxs Kanadanın genişləndirilmiş komanda qərargahının üzvüdür, lakin qadın komandanı müşayiət etmək üçün akkreditə olunmayıb. Təşkilat artıq üzr istəyib və söz verib ki, bundan sonra da mütləq addımlar atacaq.