“Parlaq Ulduz” uşaq liqasının növbəti final mərhələsi

Dekabrın 28-də Bakıda üzgüçülük idman növü üzrə “Parlaq Ulduz” uşaq liqasının 3-cü final mərhələsi start götürəcək.

Allsport.az xəbər verir ki, yarışda ölkənin 30-a yaxın idman klubunun və seksiyalarının 200-ə yaxın idmançısı mübarizə aparacaqlar. Turnirdə 1-ci yaş qrupunda 2012-2013-cü təvəllüdlü oğlanlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü oğlanlar, 1-ci yaş qrupunda 2013-2014-cü il təvəllüdlü qızlar, 2-ci yaş qrupunda 2015-ci il təvəllüdlü qızlar öz güclərini sınayacaqlar. Yarışlara digər yaş qrupundan da idmançılar qatıla bilərlər. Bakı su idman sarayında bir gün davam edəcək “Parlaq Ulduz” uşaq liqasının final mərhəsinin qalibləri diplom və medallarla təltif olunacaq. Həmçinin ən yüksək xallar toplayan üzgüçülər Bakı şəhər yığma komandasının tərkibinə daxil ediləcəklər.

Həmin kateqoriyadan