- Baxış sayı: 31
- 26 Mart 2026 20:22
- Baxış sayı: 222
- Mart 26, 2026
- 0

“Latsio”, “Yuventus” və Çexiya yığmasının sabiq yarımmüdafiəçisi Pavel Nedved Səudiyyə Ərəbistanında işləyəcək.
Allsport.az xəbər verir ki, o, “Əl-Şəbab” klubunun idman direktoru təyin edilib.
Nedved 2010-cu ilin oktyabrından 2022-ci ilin noyabrına kimi “Yuventus” rəhbərliyində çalışıb. Burada əvvəlcə direktorlar şurasının üzvü, sonra isə vitse-prezident olub.