Paytaxt derbilərinə görə sərt cəzalar, Yunis Hüseynov cəriməyə səbəb oldu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 33-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Sumqayıt” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

“İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter”in futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə, klub 1000 manat cərimə olunub.

“Bakı” – AZAL matçının 73-cü dəqiqəsində “Bakı”nın futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində “Bakı”nın futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.

Həmin kateqoriyadan