- Baxış sayı: 32
- 19 Sentyabr 2024 13:02
- Baxış sayı: 41
- Sentyabr 19, 2024
- 0
24-26 noyabrda “Sərhədçi” Olimpiya İdman Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi, Dünya və Azərbaycan Alpaqut federasiyaları tərəfindən təşkil edilir.
Dünya kubokunda Azərbaycan, Türkiyə, Almaniya, Qazaxıstan, Türkmənistan, İran, Qırğızıstan, Gürcüstan, Rusiya, Macarıstan, Nepal, Hindistan, Banqladeş Pakistan və Ukraynadan, ümumilikdə 300-dən çox idmançı iştirak edəcək.
Yarış alpaqutun aypara, batur, caymaz və gureş versiyaları üzrə keçiriləcək.