- Baxış sayı: 56
- 10 Noyabr 2026 18:25
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum-2 zirvəsini (8035 metr) uğurla fəth edib. Allsport.az saytı xəbər verir ki, Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir.
Bu fəth həmyerlimizin 8-ci 8000-lik zirvəsidir. İdmançı dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib. Aşurlı daha əvvəl, iyulun 10-da Nanqa Parbat zirvəsinə də süni oksigendən istifadə etmədən qalxmışdı.