- Baxış sayı: 67
- 07 Avqust 2026 16:57
- Baxış sayı: 196
- Avqust 05, 2026
- 0

İsveçli Viktor Hedman “Tampa Bey Laytinq”in kapitanı təyin edilib. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı müdafiəçi milli xokkey liqası klubunun tarixində 11-ci kapitan olub.
Yayda 2014-cü ildən kapitan zolağı geyinən forvard Stiven Stamkos “Laytinq”dən ayrılıb. Hedman 2009-cu ildən “Tampa Bey”də oynayır. NXL-də 1052 oyun keçirib və 728 (156+572) xal toplayıb.