Paytaxtda Avropa ölkələrinin güləş federasiyaları rəhbərlərinin toplantısı keçirilib

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl qran-pri”nin final mərhələsi ərəfəsində Dünya Güləş Birliyi idmanın bu növünün inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Allsport.az saytı xəbər verir ki, toplantı çərçivəsində noyabrın 28-də Dünya Güləş Birliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında Avropa ölkələrinin güləş federasiyaları prezidentlərinin və baş katiblərinin toplantısı baş tutub. Tədbirdə Avropanın 20-dən çox ölkəsinin güləş federasiyalarının prezidentləri və baş katibləri iştirak ediblər.

Avropa Güləş Federasiyasının prezidenti Tzeno Tzenov toplantıda çıxış edib. Sonra “Güləşin yeni siması”, “Dünya Güləş Birliyinin inkişaf proqramları”, “Milli federasiya modellərinin konsepsiyasının hazırlanması”, “Olimpiya həmrəyliyi” və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.

Həmin kateqoriyadan