- Baxış sayı: 132
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

“Barselona” yarımmüdafiəçisi Pedri ilə müqaviləsini 2030-cu ilə qədər uzatmağa hazırlaşır.
Allsport.az xəbər verir ki, Kataloniya klubu ilin sonuna kimi ispaniyalı ilə müqaviləni uzatmağı və sənədləşmə işlərini tamamlamağı planlaşdırıb. 22 yaşlı futbolçu baş məşqçi Hans-Diter Flikin sevimli oyunçularından hesab olunur.
Pedrinin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm 25 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.