Pedro Qama: Rio oyunlarından öncə Azərbaycan güləşçilərinin yerləşməsi üçün lazımi şərait yaratdıq

ABŞ-ın Ayova ştatının eyni adlı şəhərində dünya kubokunu izləyənlər arasında Braziliya Güləş Federasiyasının prezidenti Pedro Qama Filho da olub. Allsport.az saytı xəbər verir ki, yarışın gedişində o, AGF-in əməkdaşı ilə söhbətləşib.

“AGF dünyanın ən böyük federasiyalarından biridir. Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olmuşuq. Paytaxt Bakı çox gözəl şəhərdir və mən oranı çox sevirəm, yenidən orda olmağı çox istəyirəm. Braziliyada keçirilən olimpiya oyunları ərəfəsində Azərbaycan Güləş Federasiyası ilə daha sıx əlaqələrimiz oldu.

Oyunlardan əvvəl Azərbaycan komandalarının yerləşməsi və təlim-məşq toplanışında iştirak etməsi üçün lazımi şərait yaratmağa çalışdıq. Federasiyalarımız arasında sıx dostluq münasibəti var. Ümid edirəm ki, uzun illər belə də davam edəcək”.

Həmin kateqoriyadan