- Baxış sayı: 18
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Qadın millimiz Avropa çempionatının seçmə “B” liqasının 1-ci qrupunda “Ərzincan 13 fevral” stadionunda Türkiyə futbolçularına 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Siyasət Əsgərov qarşılaşma ilə bağlı bunu deyib:
“İlk növbədə oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim.
Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız hakimlərin üzərinə də atmaq istəmirəm.
Səhvlərimiz var idi. Onları görməli və bunun üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq”.