Penitensiar xidmətin tərbiyə müəssisəsində badminton turniri

Penitensiar xidmətin tərbiyə müəssisəsində yeniyetmələr arasında “İdman həyatdır” adlı badminton turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarış badminton federasiyasının təşəbbüsü, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin, Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Turnirin məqsədi bu müəssisələrdə olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların müəssisəni tərk etdikdən sonra cəmiyyətə inteqrasiyasına töhfə verməkdir. Açılış mərasimi zamanı rəsmilərin çıxışları dinlənilib. Sonra ABF-in baş katibi Ramil Hacıyev iştirakçılarla oyun keçirib.

Turnirə hazırlıq məqsədilə 3-4 avqustda iştirakçılar üçün təlimlər keçirilib. Federasiyasının məşqçiləri tərəfindən əvvəlcədən burada quraşdırılmış badminton kortunda təşkil olunub.

Turnirdə I, II və III yeri tutanlara diplomlar, islah olunan uşaqların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish