- Baxış sayı: 27
- 26 Mart 2026 21:55
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Azərbaycanda mövcud olan qarlı hava şəraiti ilə əlaqədar olaraq peşəkar futbol liqası yeni qərar qəbul edib. Allsport.az xəbər verir ki, stadionlardakı son durum təftiş olunub və 1-ci divizionun bu gün keçirilməli olan “Sabah -2” – “Keşlə-2”, “Neftçi-2” – “Sumqayıt-2” və MOİK – “Kəpəz” oyunları təxirə salınıb.
Görüşləri vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat veriləcək.
Turun “Turan Tovuz” – “Qaradağ Lökbatan” oyunu planlaşdırıldığı kimi saat 14:00-da başlanacaq.