- Baxış sayı: 29
- 11 Aprel 2025 23:43
- Baxış sayı: 107
- Aprel 11, 2025
- 0
Azərbaycan ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan olimpiya idman kompleksinin infrastrukturuna ciddi ziyan vurub. Allsport.az xəbər verir ki, aparılan müşahidələrdən sonra Azərbaycan 1-ci divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.
“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:
15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” futbol mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” – “Qaradağ Lökbatan” kimi qeyd olunsun.
23-cü turun “Neftçi-2” – “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.