- Baxış sayı: 33
- 14 Yanvar 2025 22:28
- Baxış sayı: 635
- Yanvar 10, 2025
- 0
“Qarabağ”ımız Peşəkar Futbol Liqasına müraciət edərək, premyer liqasının 6-cı turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib.
Allsport.az saytı xəbər verir ki, ölkəmizi çempionlar liqasında təmsil edən komandamız qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib.
“Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarlara imza atıb:
Azərbaycan premyer liqasının 6-cı turunun “Sumqayıt” – “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilsin.
6-cı turda meydan sahibi kimi “Qarabağ”, hər 2 komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.