- Baxış sayı: 32
- 21 Noyabr 2024 23:46
- Baxış sayı: 51
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Sərhədçi” olimpiya idman mərkəzində Azərbaycan basketbol liqasının (ABL) 26-cı turunun 2 oyunu baş tutub.
Günün ilk oyununda çempionatın liderləri, “Sabah” və NTD komandaları üz-üzə gəliblər.
Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda “Sabah” basketbolçuları 75:70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Ən məhsuldar basketbolçular: “Sabah” (Entoni Patti – 17 xal, 12 götürmə), NTD ( Londel Kinq – 23 xal, 10 götürmə).
Günün 2-ci oyunu “AAAF Xırdalan” və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 96:89 hesablı qələbə qazanan “AAAF Xırdalan”, növbəti mərhələyə vəsiqəni təmin edib.
Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan” (Devin Pullum – 27 xal, 3 götürmə), “Sərhədçi” (Trevor Blekmon- 27 xal, 9 ribaund)
Bu nəticələrdən sonra “Sabah”, NTD, “Gəncə” və “AAAF Xırdalan” pley-off mərhələsinə vəsiqəni təmin ediblər.