- Baxış sayı: 53
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 128
- Fevral 06, 2026
- 0

SSKA xokkeyçiləri KHL adi mövsüm matçında “Torpedo”ya böyük hesabla məğlub olublar.
Allsport.az xəbər verir ki, Moskvada keçirilən görüş 7:2 hesabı ilə Sergey Fedorovun komandasının xeyrinə başa çatıb. Ordu komandasının heyətində Sergey Plotnikov het-trik edib. Andrey Svetlakov 4 (1+3) xal, Anton Slepışev və Maksim Mamin hərəyə üç məhsuldar ötürmə edib.
Ardıcıl 4-cü qələbəsini qazanan SSKA yanvarın 11-də Moskva “Dinamo”sunu qəbul edəcək. Həmin gün “Torpedo” səfərdə Minskin “Dinamo”su ilə qarşılaşacaq.