- Baxış sayı: 58
- 20 Mart 2026 13:31
- Baxış sayı: 95
- Mart 22, 2026
- 0

7-ci arena polo üzrə dünya kubokunun 2-ci günü də “Elite Horse & Polo Club Baku” üçün uğurlu keçib. Allsport.az saytı xəbər verir ki, bizimkilər Rusiyanın “Planernaya Polo Club Moscow” komandasını 21:1 üstələyiblər.
Meydan sahiblərindən ən çox fərqlənən Elçin Camallı (8) olub. Digər 4 qolu Tərlan Qurbanəliyev vurub. Bu qələbə sayəsində paytaxt klubu finalına vəsiqə qazanıb.
Qeyd edək ki, ilk gündə komandamız “Evviva Polo Club St. Moritz”ə 11:3 üstələyib.