- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
İyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarışda ölkəmizi sərbəst güləş millisi təmsil edəcək.
Məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi ilə Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi – 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurməhəmmədov, Arseni Cioyev (86 kq) və Əbubəkr Abakarov (92 kq) uğur qazanmağa çalışacaq.
Bu növdə rəqabət iyunun 22-23-də olacaq. Görüşlər hər gün Bakı vaxtı ilə 13:00-da başlayacaq. Turnirdə 2-ci dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.