- Baxış sayı: 22
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Allsport.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını “Liv Bona Dea arena”da qəbul edəcək, 29-da isə Bakı vaxtı ilə saat 23:45-də “Vizela” stadionunda cavab görüşünə çıxacaq.
Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsi çərçivəsində oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.
| S. | Ad/Soyad | Klub |
| 1 | Aytac Şərifova | Hakkarigücü (Türkiyə) |
| 2 | Nərgiz Əliyeva | Fatih Vətən (Türkiyə) |
| 3 | Günay İsmayılova | Neftçi |
| 4 | Aysun Əliyeva | Neftçi |
| 5 | Nigar Mirzəliyeva | Zenit (Rusiya) |
| 6 | Nərgiz Hacıyeva | Aktobe (Qazaxıstan) |
| 7 | Manə Mollayeva | Neftçi |
| 8 | Fidan Cəfərova | Neftçi |
| 9 | Yeliz Acar | Fatih Vətən (Türkiyə) |
| 10 | Kamilla Məmmədova | Okjetpes (Qazaxıstan) |
| 11 | Vüsalə Seyfəddinova | Neftçi |
| 12 | Firəngiz Teymurova | Neftçi |
| 13 | Jalə Məhsimova | Bəylərbəyi Spor (Türkiyə) |
| 14 | Peritan Bozdağ | Fatih Vətən (Türkiyə) |
| 15 | Nazlıcan Parlaq | Qalatasaray (Türkiyə) |
| 16 | Coşqunə Əliyeva | Neftçi |
| 17 | Sevinc Cəfərzadə | Krasnodar (Rusiya ) |
| 18 | Kristina Bakarandze | Qalatasaray (Türkiyə) |
| 19 | Ayşən Əhmədova | Krılya Sovetov (Rusiya) |
| 20 | Alina Dorofeyeva | Yenisey (Rusiya) |
| 21 | Diana Məmmədova | Yenisey (Rusiya) |
| 22 | Milana Rəhimova | Ünyespor (Türkiyə) |
| 23 | Vüsalə Hacıyeva | Ünyespor (Türkiyə) |
| 24 | Ayşən Salamzadə | Neftçi |