- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 131
- Fevral 06, 2026
- 0

“Tottenhem” baş məşqçisi Angelos Postekoğlunun gələcəyi ilə bağlı qərar verib.
Allsport.az xəbər verir ki, Angelos hələ də qovulmaq təhlükəsi ilə üz-üzə deyil. London təmsilçisinin premyer liqadakı uğursuz çıxışına baxmayaraq, klub rəhbərliyi mütəxəssisi tam dəstəkləyir.
59 yaşlı çalışdırıcı 2023-cü ilin iyulundan İngiltərə klubunda işləyir. Onun rəhbərliyi altında komanda 2023/2024 mövsümünü 66 xalla ölkə çempionatında beşinci yerdə başa vurub.
Bu mövsüm isə “Tottenhem” 17 turdan sonra 23 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.