Poykovskda sərbəst güləş üzrə 12 milli federasiya yarışacaq

Noyabrın 28-də Rusiyanın Poykovsk şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir start götürür. Allsport.az xəbər verir ki, 12 milli federasiyanın idmançıları iki gün ərzində xalça üzərində öz qüvvələrini və bacarıqlarını nümayiş etdirəcəklər.

Turnirdə Rusiya idmançıları ilə bərabər, Azərbaycan, Ukrayna, Tunis, Qazaxıstan, Kanada, Moldova, İsrail, Özbəkistan və başqa ölkələrin güləşçiləri iştirak edəcəklər.

Yarışlar 57 kiloqramdan tutmuş 125 kiloqramadək 8 çəki dərəcəsində keçiriləcək. Döyüşləri ənənəvi olaraq FILA-nın beynəlxalq dərəcəli peşəkar hakimlər komandası qiymətləndirəcək.

Həmin kateqoriyadan