- Baxış sayı: 105
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan Premyer Liqasının “Zirə” – “Kəpəz” oyunu təxirə salınıb. Allsport.az xəbər verir ki, buna səbəb şiddətli qarın yağması və meydanın yararsız olması göstərilir.
PFL-in yaydığı açıqlamada qarşılaşmanın yeni tarixi ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilir: “Zirə idman kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb.
Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub. Matçın baş hakimi Rauf Cabbarovun meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. Oyunun yeni tarixi ilə bağlı əlavə məlumat veriləcək”.